"Əvvəl sponsor tapmaq çox çətin idi".

Ehtiram Quliyev bu gün imzalanan 2 milyon dollarlıq sponsorluq müqaviləsini Azərbaycan futbolu üçün mühüm hadisə adlandırıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, klub rəhbəri əvvəllər sponsor tapmağın çox çətin olduğunu vurğulayıb:

"Əvvəl sponsor tapmaq çox çətin idi. Biz müqavilənin məbləğini gizlətmədik. İnanırıq ki, bu, başqa şirkətləri də futbola dəstək verməyə həvəsləndirəcək".

Ehtiram Quliyev "Turan Tovuz"un əsas məqsədinin çempionluq uğrunda mübarizə aparmaq olduğunu deyib. O etiraf edib ki, UEFA-nın məlum qərarından sonra transfer planları dəyişib. Buna baxmayaraq, klub yayda daha iki futbolçu transfer edəcək.

Quliyev həmçinin UEFA-nın qərarından sonra futboldan ayrılmağı düşündüyünü, lakin sonradan bu fikirdən daşındığını diqqətə çatdırıb. Klub rəhbəri əlavə edib ki, baş məşqçi Qurban Berdıyevlə müqavilə daha 2 il uzadılıb.

O, Rusiya Prezidenti Vladimir Putinin dostu, əslən Tovuzdan olan iş adamı İlham Rəhimovun kluba dəstək verəcəyi barədə iddiaları isə "sadəcə şayiə" adlandırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest