"Mançester Siti" "Çelsi"nin portuqaliyalı vingeri Pedru Netunun transferində maraqlıdır. Mançester təmsilçisi 26 yaşlı futbolçunun keçidi üçün hərəkətə keçib.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, "şəhərlilər" artıq portuqaliyalı oyunçunun nümayəndələri ilə danışıqlara başlayıblar.

Bu transfer "Tottenhem"in "Mançester Siti"dən Savinyonu transfer edəcəyi təqdirdə reallaşa bilər. Eyni zamanda Netu özü də "Tottenhem" üçün ehtiyat variantlardan biridir.

Keçidin taleyi londonluların futbolçuya qoyacağı qiymətdən asılı olacaq.

"Çelsi" Netunu 2024-cü ilin yayında "Vulverhempton"dan 60 milyon avroya rənglərinə bağlamışdı. Vinger ötən mövsüm meydana çıxdığı 52 oyunda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest