Almaniyanın "Herta" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi Lion "Olimpik"indən Lukas Tusarı transfer edib.
 
Bu barədə Berlin klubunun rəsmi saytı məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
 
Tusar, bu mövsümün sonuna qədər icarə əsasında Lion klubunda çıxış edəcək. "Herta" fransız yarımmüdafiəçi üçün 25 milyon avro ödəyəcək.
 
Bu mövsüm Liqa 1-də 18 oyuna çıxan futbolçu 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest