"Mançester Siti"in baş məşqçisi Pep Qvardiola komandanı tərk etməyəcək. Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, isaniyalı mütəxəssis UEFA-nın cəzasına rəğmən, "şəhərlilər"də qalmağa davam edəcək. Hətta Qvardiola ilə yanaşı, Rahim Sterlinqin də komandanı tərk etməyəcəyi yazılıb.

Klub rəhbərliyi isə UEFA ilə mübarizəyə başlayır. Belə ki, onlar qurumun özlərinə qarşı haqqsızlıq etdiyini düşünür və məsələni CAS-a aparacaqlarını bildirirlər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest