14 Avqust 2026, 17:18
FUTBOL
Türkiyənin "Fənərbaxça" klubunun tanınmış braziliyalı yarımmüdafiəçisi Fred karyerasını "Atletiko Mineyro"da davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, transfer məbləği 2 milyon avro və əlavə olaraq 500 min avro mümkün bonuslardan ibarət olacaq.
Fred özü "Atletiko Mineyro" ilə daha bir mövsüm uzadılma variantı olmaqla 3,5 illik müqavilə imzalayacaq.
33 yaşlı braziliyalı futbolçu 2023-cü ilin yayından "Fənərbaxça"da çıxış edir. O, bu müddət ərzində bütün turnirlərdə ümumilikdə 129 matça çıxıb, 12 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.













