Azərbaycan Premyer Liqasının I turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Şamaxı" qarşılaşmasının biletləri satışa çıxarılıb.

Azərbaycan Premyer Liqasının I turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Şamaxı" qarşılaşmasının biletləri satışa çıxarılıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5-20 manat aralığındadır. Biletlər bu gün saat 15:00-dan etibarən "iTicket.az" saytında onlayn satışda olacaq.

Oyun günü isə azarkeşlər biletlərini stadionun kassalarından və ya "iTicket.az" platformasından əldə edə bilərlər.

Qeyd edək ki, stadionun qapıları azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest