14 Avqust 2026, 16:08
FUTBOL
"Qalatasaray" yarımmüdafiəçi Aleksey Batrakovun transferi üçün "Lokomotiv"ə rəsmi olaraq 25 milyon avro və əlavə 3 milyon avro bonus təklif edib. Türkiyə klubu futbolçunun özü ilə şəxsi müqavilənin şərtlərini artıq razılaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Yağız Sabuncuoğlu özünün sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, hazırda "Qalatasaray" rəhbərliyi qarşı tərəfdən bu təklifə cavab gözləyir.
21 yaşlı Batrakov "Lokomotiv" akademiyasının yetirməsidir. Yarımmüdafiəçi cari mövsümdə klub səviyyəsində 4 matça çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalı rusiyalı futbolçunun bazar dəyərini 28 milyon avro qiymətləndirir.













