PSJ "Ayaks"ın 21 yaşlı belçikalı vingeri Mika Qodtsun transferi üzərində işləyir.

Matc.az xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat yayıb.

Bildirilir ki, Fransa klubu oyunçu üçün təklifini bonuslar da daxil olmaqla 50 milyon avrodan çox qaldırıb. PSJ rəhbərliyi yeni maliyyə şərtləri barədə Niderland tərəfini artıq şifahi şəkildə məlumatlandırıb.

Daha əvvəl "Ayaks" oyunçunu 45 milyon avroya satmaqdan imtina etmişdi. Hazırda Niderland klubunun rəhbərliyi fransızlarla danışıqlara başlamağa hazırdır. Bonuslar da daxil olmaqla 55-58 milyon avro civarında transfer məbləği tərəflər üçün real hesab olunur.

Qeyd edək ki, gənc vinger PSJ ilə şəxsi müqaviləsinin detallarını artıq razılaşdırıb.

Qodtsun "Ayaks"la müqaviləsi 2029-cu ilin iyun ayının sonuna kimidir, transfer dəyəri isə 35 milyon avro qiymətləndirilir. Ötən mövsüm belçikalı futbolçunun aktivində klubun heyətində bütün turnirlərdə keçirdiyi 44 matçda 17 qol və 15 məhsuldar ötürmə olub.

Cari ilin yazında vinger Belçika millisində debüt edib və hazırda onun aktivində iki oyun var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest