"Mançester Yunayted" qış fasiləsində heyətini gücləndirmək niyyətindədi. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "mankunianlar"ın baş məşqçisi Joze Mourinyo yanvarda 3 oyunçunun alınmasını istəyib.

Portuqaliyalı mütəxəssis, xüsusən də, müdafiə xəttindəki problemlərin həllini tələb edib. Onun ixtiyarında görmək istədiyi futbolçular "Atletiko"nun müdafiəçisi Dieqo Qodin, "Roma"nın xavbeki Lorenso Pelleqrini və "çelsi"nin müdafiəçisi Qari Keyhilldi.

Rəhbərlik hər üç oyunçunun keçidini həll etmək üçün hərəkətə gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest