"Zirə"nin Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Torpedo" (Kutaisi) klubu ilə keçirəcəyi hər iki oyun üçün hakim təyinatları bəlli olub.
"Zirə"nin Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Torpedo" (Kutaisi) klubu ilə keçirəcəyi hər iki oyun üçün hakim təyinatları bəlli olub.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
İyulun 8-də Sumqayıtda baş tutacaq ilk görüşü Finlandiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Yani Hüytiya olacaq. Ona yan xətlərdə Veli-Matti Leppenen və Yusso Mantere köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Peyman Simani yerinə yetirəcək. "Mehdi Hüseynzadə" adına stadionda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Komandalar arasında Gürcüstanda keçiriləcək cavab matçı isə Macarıstan mütəxəssislərinə tapşırılıb. Kutaisidəki qarşılaşmanın baş hakimi Mihali Kapra olacaq. Yan xətdə ona İstvan Albert və Bense Belitsa kömək edəcəklər. Dördüncü hakim isə Marsel Derdak olacaq. İyulun 16-da keçiriləcək bu cavab oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.













