"Qalatasaray"ın baş məşqçisi Fatih Terim koronavirusa yoluxub. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə sosial şəbəkə hesabından paylaşım edib.

O, "Koronavirusla bağlı edilən test nəticələrim müsbət oldu. Hazırda hər şey qaydasındadır. Xəstəxanada əmin əllərdəyəm. Ən qısa vaxtda görüşmək ümidi ilə" - deyə, yazıb.

Qeyd edək ki, İstanbul təmsilçisinin vitse-prezidenti Abdurrahim Albayrak da koronavirusa yoluxub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest