Argentina millisinin baş məşqçisi Lionel Skaloni 2026-cı il dünya çempionatının 1/4 finalında İsveçrəyə qarşı keçirdikləri oyunda (3:1) komandasının qarşılaşdığı çətinliklərdən danışıb.
Matc.az xəbər verir ki, bu barədə ESPN idman nəşri məlumat yayıb.
Bildirilir ki, baş məşqçi rəqibin oyununu tərifləyib və daha çox işləməli olduqlarını vurğulayıb:
"Biz Kabo-Verde və Misir turlarında daha yaxşı oynamışdıq, lakin bugünkü matçda problemlərimiz yarandı. Formamız ən yaxşı səviyyədə deyildi. Hazırkı mərhələdə fiziki hazırlıq böyük rol oynayır. Rəqib ikili mübarizələrin əksəriyyətində qalib gəldi. Ötən oyunlarda çıxışımız pis deyildi, lakin bu gün çətinliklərlə üzləşdik. Rəqibi tərifləməliyik. İşləməyə davam etmək lazımdır.
Oyunu penaltilər seriyasına qədər uzatmamaq üçün qalib gəlmək istəyirdik. Meydanda 10 nəfər azlıqda qalmışdıq, bu səbəbdən görüşü əsas vaxtda bitirməyə çalışdıq. İsveçrə yaxşı pressinq etdi, ağır oldu... Matça təkrar baxmaq və vəziyyəti analiz etmək istəyirəm", deyə Skaloni açıqlamasında bildirilib.













