Əfsanəvi ispaniyalı məşqçi Pep Qvardiola İtaliya milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərdən biridir.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Bildirilir ki, "Skuadra Adzurra"nın yeni təyin olunmuş texniki direktoru Paolo Maldini və onun müşaviri Liuonardu Arauju bu əməkdaşlıqda maraqlıdırlar. Bununla belə, Qvardiola bu vəzifəyə yeganə iddialı mütəxəssis deyil.

Namizədlərin siyahısında Roberto Mançini və Antonio Kontenin də adları var, lakin onların Maldininin İtaliya millisində planlaşdırdığı qlobal "inqilab" konsepsiyasına uyğun gəlmədiklərini qeyd edir.

Xatırladaq ki, İtaliya yığması artıq 10 ildir ki, dünya çempionatının seçmə mərhələsini keçə bilmir. İtaliya millisi son dünya çempionatına da vəsiqə qazana bilməyib. Seçmə turnirdəki uğursuzluqdan sonra Cennaro Qattuzo "Skuadra Adzurra"nı tərk edib. Hazırda komandaya müvəqqəti olaraq İtaliyanın U-21 gənclər yığmasının baş məşqçisi Silvio Baldini rəhbərlik edir.

Pep Qvardiola 2025/26 mövsümünün sonunda "Mançester Siti"nin baş məşqçisi postundan ayrılıb. İspaniyalı mütəxəssis klubda çalışdığı 10 il ərzində "şəhərlilər"ə 20 titul qazandırıb ki, bunların arasında 6 İngiltərə çempionluğu, 3 İngiltərə Kuboku, Çempionlar Liqası, UEFA Superkuboku və 2023-cü ilin klublararası dünya çempionatı kuboku var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest