“Sumqayıt”ın heyətinə qatmağa hazırlaşdığı iranlı futbolçu Höccət Haqverdi Azərbaycana gəlib.
 
Matc.az xəbər verir ki, 28 yaşlı müdafiəçi artıq Bakıdadır.
 
İran mətbuatının yazdığına görə, onunla 2020/21 mövsümünün sonunadək müqavilə imzalanacaq.
 
Haqverdi son olaraq ölkəsinin "Paykan" klubunda çıxış edib.
 
Qeyd edək ki, "Sumqayıt" daha əvvəl "Neftçi"dən Cabir Əmirlini icarəyə götürüb və sabiq hücumçusu Mehdi Şərifini transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest