29 İyun 2026, 20:09
FUTBOL
Türkiyədə hazırlıq prosesini davam etdirən "Zirə" növbəti yoxlama matçında qüvvəsini sınayacaq.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv bu ölkənin "Iğdır" komandası ilə üz-üzə gələcək.
Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 18:00-da səslənəcək.
Qeyd edək ki, "Zirə" daha öncə hazırlıq prosesi çərçivəsində Bakıda "Qarabağ" klubu ilə qarşılaşıb və rəqibinə 3:4 hesabı ilə uduzub. Həmçinin paytaxt təmsilçisi Özbəkistan klubu "Navbahor"la da üz-üzə gəlib və 1:3 hesabı ilə məğlub olub.













