"İmişli" baş məqşçi Jorj Kaşkilya ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, portuqaliyalı mütəxəssislə başa çatan müqavilə yenilənməyib.

Bölgə təmsilçisi həmçinin onun köməkçiləri Kriştianu De Souza və Gilyerme Kadete ilə də əməkdaşlığa son verib.

Xatırladaq ki, Jorj Kaşkilya ötən ilin yayından "İmişli"ni çalışdırırdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest