29 İyun 2026, 17:42
FUTBOL
"Mançester Siti" rəsmi saytında Entso Mareskanın baş məşqçi postuna təyin olunduğunu elan edib.
Matc.az xəbər verir ki, tərəflər 2029-cu ilə qədər müqavilə imzalayıblar.
Entso Mareska bu ilin yanvarında London "Çelsi"sindən ayrıldıqdan sonra azad agent statusunda idi.
Onun "Mançester Siti"də iş təcrübəsi var, belə ki, mütəxəssis 2022-2023-cü illərdə Xosep Qvardiolanın məşqçilər heyətində yer alıb. İtaliyalı daha əvvəl klubun gənclər komandalarında da çalışıb.
Xatırladaq ki, ötən mövsümün sonunda Xosep Qvardiola baş məşqçi postundan ayrılıb.













