29 İyun 2026, 17:31
FUTBOL
Cənubi Koreya millisinin baş məşqçisi Hon Myon Bo komandanın 2026-cı il dünya çempionatının qrup mərhələsində mübarizəni dayandırması səbəbindən ölümlə hədələnir.
Matc.az xəbər verir ki, bu barədə "Actu Foot" nəşri məlumat yayıb.
Bildirilir ki, sosial şəbəkə istifadəçilərindən biri özünü ABŞ vətəndaşı kimi təqdim edərək mütəxəssis Cənubi Koreya hava limanına qayıdan zaman onu öldürmək niyyətində olduğunu bəyan edib.
Qeyd olunur ki, Koreya polisi artıq ölüm təhdidləri ilə bağlı araşdırmalara başlayıb və Hon Myon Bonun olacağı bir neçə məkanda, o cümlədən hava limanında nəzarəti gücləndirib. Hədələri səsləndirən şübhəli şəxs fəal şəkildə axtarılır.













