Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Onlar start heyətdə meydana çıxıblar. Nuriyev sonadək oynayıbsa, Əhmədzadə 66-cı dəqiqədə əvəzlənib.
Futbol üzrə Ukrayna Premyer Liqasında 22-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi "Minay" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Desna" ilə qarşılaşıb. "Minay" bu oyundan qələbə ilə ayrılıb - 3:1.
Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Onlar start heyətdə meydana çıxıblar. Nuriyev sonadək oynayıbsa, Əhmədzadə 66-cı dəqiqədə əvəzlənib.
Anatoli ilə Rüstəm komandasının qələbəsində xüsusi pay sahibi olub. Nuriyev 23 və 39-cu dəqiqədə fərqlənməklə dubla imza atıb. Əhmədzadə isə Anatolinin ikinci qolu zamanı məhsuldar ötürmə müəllifi olub. İlk qolunu penaltidən vuran Anatoli komandasının üçüncü qolunda da məhsuldar ötürmə ilə yadda qalıb.
"Minay" 22 turdan sonra 18 xalla 14 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.