"Biz hakimlər barədə mübahisələrə qoşulmuruq. Hər şeyi düzgün edirik: qələbə qazanırıq və..."

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes Madrid “Real”ının İspaniya çempionatında hakimlik keyfiyyətinə dair mütəmadi iradlarına cavab verib. “El Klasiko” öncəsə 22 yaşlı futbolçu vurğulayıb ki, “Barselona” bu cür müzakirələrdən uzaq durur və hər şeyi meydanda sübut etməyə üstünlük verir.

Matc.az xəbər verir ki, La Liqanın 10-cu turunda keçiriləcək “El Klasiko” bazar günü, oktyabrın 25-də kataloniyalıların ev arenası olan “Spotify Kamp Nou” stadionunda baş tutacaq. Həftənin əsas oyunu ərəfəsində Lopes bildirib ki, “kral klubu”nun hakimlər üzərində davamlı təzyiqi komandada yalnız yorğunluq yaradır.

“Biz hakimlər barədə mübahisələrə qoşulmuruq. Hər şeyi düzgün edirik: qələbə qazanırıq və “Barsa”nın təmsil etdiyi dəyərləri nümayiş etdiririk. Biz irəliləməyə davam etməliyik. Onlar belə ritorikada iştirak edirlərsə, bu, yalnız mübahisələri qızışdırır. Onların ritorikası artıq bezdirib, biz isə meydanda öz həqiqi səviyyəmizi göstəririk” – deyə, Lopes bildirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest