21 Oktyabr 2026, 19:25
FUTBOL
Madrid "Real"ının belçikalı qapıçısı Tibo Kurtua "Kral klubu" ilə müqaviləsinin müddətinin uzadılması ətrafındakı vəziyyəti şərh edib.
Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Bildirilir ki, təcrübəli qolkiper danışıqların müsbət getdiyini bildirib.
"Hələlik hər şey rəsmi və qəti şəkildə rəsmiləşdirilməyib. Amma prinsip etibarilə, bu məsələ çox tez həll olunmalıdır, danışıqlarda heç bir problem yoxdur. Sadəcə menecerimlə atamın rəhbərliklə görüşməsi və son detalları müzakirə etməsi üçün uyğun vaxt tapmaq lazımdır", – deyə Tibo Kurtua qeyd edib.
Qeyd edək ki, 34 yaşlı belçikalının Madrid klubu ilə yeni sözləşməsinin 2028-ci ilin yayına qədər nəzərdə tutulacağı gözlənilir.


_1792616863.jpg)










