Aç-2020-nin F qrupu çərçivəsində keçirilən Macarıstan - Portuqaliya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo bu görüşün ən yaxşısı seçilib.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 36 yaşlı futbolçu bu matçda dubla imza atıb. O, komandasının 3:0 hesablı qələbə qazandığı görüşün 87-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirib. İtaliyanın "Yuventus" klubunun uğurları üçün çalışan təcrübəli futbolçu, 90+2-ci dəqiqədə oyunda son nöqtəni qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest