UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə istifadə olunacaq yeni oyun topunu təqdim edib.

Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Yeni top turnirin həm ümumi mərhələsinin qarşılaşmalarında, həm də pley-off mərhələsinin oyunlarında istifadə olunacaq.

Sabah, avqustun 27-də isə bütün təsnifat matçları yekunlaşdıqdan sonra Çempionlar Liqasının Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının son qalibi Fransanın PSJ klubudur. Paris təmsilçisi 2025/2026-cı illər mövsümünün finalında Londonun "Arsenal" klubuna qalib gəlib (1:1, penaltilərlə 4:3).

Turnirin builki mövsümünün final qarşılaşması isə 2027-ci il iyunun 5-də İspaniyanın paytaxtı Madrid şəhərindəki "Metropolitano" stadionunda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest