İspaniyanın "Vilyarreal" klubu "Anderlext"in və Kanada millisinin yarımmüdafiəçisi Natan Saliba ilə 5 illik müqavilə imzaladığını rəsmən elan edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl mediada 22 yaşlı futbolçunun transfer məbləğinin 15 milyon avro təşkil edəcəyi barədə xəbərlər yayılmışdı.

Saliba MLS təmsilçisi "Klob de Fut Monreal"ın yetirməsidir. O, bu komandanın heyətində 78 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Kanadalı futbolçu 2025-ci ilin iyulundan bəri Belçika "Anderlext"ində çıxış edirdi. O, burada keçirdiyi 50 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Transfermarkt" portalında oyunçunun təxmini bazar dəyəri 10 milyon avrodur. Saliba geridə qalan dünya çempionatında Kanada yığmasının heyətində 5 oyundan 3-də (2-si start heyətdə) meydanda olub, 1 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest