Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş AÇ-2020-nin qrup mərhələsi çərçivəsində Uels yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş Aç-2020-nin qrup mərhələsi çərçivəsində Uels yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, türkiyəli mütəxəssis Bakıda 0:2 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
"Nəticə bizim üçün yaxşı olmadı. Bu turnirə böyük xəyallarla gəldik. Durumumuz yaxşı deyil, çətin durumdayıq. İki matç keçirmişik, xalımız yoxdur. Bu oyuna pis başladıq. Tədricən toparlandıq, oyunu bərabərləşdirdik, amma gözlənilməz qol komandaya mənfi təsir etdi. İkinci hissədə də top itkilərimiz çox oldu. Meydanı genişləndirdikcə rəqib oynamağa şans verdik. Pis oynadıq. Ən azı heç-heçə edə bilsəydik, yaxşı olardı. İtaliyadan üç, Uelsdən iki qol buraxmışıq. Halbuki, Uelsə qalib gələcəyimizi düşünürdük. Qarşıdakı oyuna baxmağımız lazımdır, amma buraxılan 5 qol bizim işimizi çətinləşdirəcək. Əvəzində Uels böyük üstünlük qazandı. Son tur öncəsi digər komandalara baxanda, top fərqimiz də ürəkaçan deyil".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest