Aç-2020-nin A qrupu çərçivəsində keçirilən İtaliya - İsveçrə matçının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, İtaliya yığmasının yarımmüdafiəçisi Manuel Lokatelli bu görüşün ən yaxşısı seçilib.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu bu görüşdə qazandıqları qələbədə əsas pay sahiblərindən biri olub. Belə ki, komandasının 3:0 hesabıyla qalib gəldiyi görüşdə Lokatelli dubl edib. O, 26 və 52-ci dəqiqələrdə fərqlənib.
 
Qeyd edək ki, "Milan"ın yetirməsi olan Manuel Lokatelli hazırda İtaliyanın "Sassuolo" klubunun formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest