Polşanın "Legiya" komandasının baş məşqçisi çeslav Mixneviç Moskva "Spartak"ına qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin 1-ci tur matçından əvvəl açıqlama verib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin də forma geyindiyi "Legiya"nın baş məşqçisi "sport.tvp.pl" nəşrinə açıqlamasında bunları deyib:
 
"Yay transfer pəncərəsi arxada qalıb, hazırda imkanlarımızı və komandamızın durumunu bilirik. Bütün yaxşı oyunçularımızdan istifadə etməliyik. Mahir Emreli, Jozue Soareş, Ernest Muçi və başqalarının oynaya biləcəkləri sistem tapmaq istəyirəm. Hücum potensialımız var və bundan yararlanmaq niyyətindəyik. Hər matçda rəqib meydanında özünü rahat hiss edən ən azı beş oyunçunun olmasını istəyirəm".
 
Sentyabrın 15-də keçiriləcək "Spartak" – "Legiya" görüşü Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest