"Portu" "Feyenoord"dan Koreya millisinin 29 yaşlı yarımmüdafiəçisi Hvan İn Bomun transferini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirili ki, futbolçu ilə daha 1 il uzadılma variantı ilə 3 mövsümlük müqavilə imzalanıb və o, yeni komandasında 16 nömrəli formanı geyinəcək.

Hvan İn Bom 2024-cü ilin sentyabrından "Feyenoord"da çıxış edirdi.

Koreyalı futbolçu dünya çempionatında 3 oyunda iştirak edib, qrup mərhələsinin ilk turunda Çexiyaya qarşı keçirilən görüşdə (2:1) bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest