Marselo Qalyardo Argentina millisinin baş məşqçisi postunda Lionel Skalonini əvəz edə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Bildirilir ki, Skaloninin Argentina Futbol Assosiasiyası ilə müqaviləsi cari ilin dekabr ayının sonuna kimidir. Dünya çempionatının finalında İspaniyaya məğlubiyyətdən sonra Skaloni müqavilə müddətini sona qədər yerinə yetirəcəyini və daha sonra postunu tərk edəcəyini bəyan edib.
Qurumun ən böyük arzusu Madrid "Atletiko"sundan Diyeqo Simeoneni baş məşqçi vəzifəsinə gətirmək olsa da, bu keçid real görsənmir.
Ən real namizəd isə fevralın sonunda "River Pleyt"in baş məşqçisi postundan ayrılan Marselo Qalyardodur.
50 yaşlı mütəxəssis əvvəllər Uruqvayın "Nasyonal" və "Əl-İttihad" klublarında da çalışıb. Oyunçu karyerası ərzində Qalyardo 1994-2003-cü illərdə Argentina yığmasında 44 matçda meydana çıxıb və 13 qol vurub.













