İspaniya millisinin sol cinah vingeri Aleks Baena milli komandanın dünya çempionatındakı qələbəsindən sonra tarixə düşüb.
Matc.az xəbər verir ki, bu barədə "ESPN" idman nəşri məlumat yayıb.
Bildirilir ki, İspaniya yığmasının yarımmüdafiəçisi Aleks Baena Argentina ilə final matçının start heyətində meydana çıxıb və 75 dəqiqə oynayıb, bundan sonra onu Niko Uilyams əvəzləyib. Turnirdə ümumilikdə 7 oyun keçirən futbolçu 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu qələbə sayəsində Baena Avropa çempionu, dünya çempionu və Olimpiya çempionu titullarını qazanan tarixdə ilk avropalı futbolçu olub. Vinger 2024-cü il Olimpiya Oyunlarının finalında Fransa millisinin qapısına (5:3) qollardan birini vurub.
Ona qədər tarixdə yalnız iki oyunçu öz qitə turnirini, Olimpiya Oyunlarını və dünya çempionatını qazanaraq belə bir nailiyyətə imza ata bilmişdi – argentinalılar Lionel Messi və Anhel Di Mariya.
Xatırladaq ki, iyulun 19-da İspaniya dünya çempionatının finalında, əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edib. Uilyams bu matçda 75-ci dəqiqədə ehtiyatdan meydana daxil olub və 106-cı dəqiqədə Ferran Torresə məhsuldar ötürmə verib













