İspaniyanın "Barselona" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Jordi Alba sıradan çıxıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspan futbolçu çempionlar Liqasının qrup mərhələsinin ilk turunun "Bayern"lə (Almaniya) matçında (0:3) zədələnib.
 
Albanın son durumu tibbi müayinədən sonra bilinəcək.
 
Xatırladaq ki, Kataloniya təmsilçisində Serxio Aquero, Martin Breytveyt, Osman Dembele və Ansu Fati də zədə səbəbindən komandaya kömək edə bilmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest