13 Noyabr 2026, 10:39
FUTBOL
Britaniyanın “Sports Mole” nəşri Millətlər Liqasının V turunda keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu barədə yazı dərc edib. Matc.az xəbər verir ki, oyunöncəsi təhlildə Azərbaycanın qrupda lider olduğu, Lixtenşteynin isə Millətlər Liqasında uzun müddətdir qələbə qazana bilmədiyi vurğulanıb.
Müəllif Azərbaycan millisinin son illərlə müqayisədə daha yaxşı nəticələr göstərdiyini və Ayxan Abbasovun komandasının qrup mərhələsini müsbət nəticə ilə başa vurmaq istədiyini qeyd ediblər. Yazıda Mahir Emrelinin hücum xəttində əsas fiqurlardan biri olacağı, kapitan Emin Mahmudovun isə start heyətinə qayıda biləcəyi ehtimal edilib. Nəşr Azərbaycan millisinin 1:0 hesablı qələbə qazanacağını proqnozlaşdırıb.
Britaniyanın “Squawka” portalı qarşılaşma ilə bağlı proqnoz və statistik təhlil yayımlayıb. Nəşr Azərbaycan millisinin kağız üzərində daha üstün görünməsinə baxmayaraq, Bakıda keçirilən ilk oyunun qolsuz başa çatmasını diqqətə çatdırıb.
Yazıda vurğulanıb ki, Ayxan Abbasovun komandası səfər oyununda rəqibin müdafiəsini yarmaq üçün səbirli və diqqətli çıxış etməlidir. Portal Azərbaycan millisinin qələbə şanslarını yüksək qiymətləndirsə də, Lixtenşteynin müdafiə futbolunu nəzərə alaraq asan qarşılaşma gözləmədiyini bildirib.













