Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxacaq. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Vaduts şəhərində Lixtenşteynin qonağı olacaq.

Qarşılaşma D Liqasının II qrupunun V turu çərçivəsində keçiriləcək.

Matc.az saytının əldə etdiyi məlumata görə, millimiz meydana bu heyətlə çıxacaq. Baş məşqçi oktyabrın 4-də Litva üzərində 1:0 hesabı ilə qələbə qazandığımız oyunla müqayisədə bir dəyişiklik edib. Belə ki, həmin görüşdə start heyətində meydana çıxmış Tellur Mütəllimovu “Zirə”nin kapitanı Qismət Alıyev əvəzləyib.

Qapıçı: Emil Balayev.

Müdafiəçilər: Rahil Məmmədov, Bədavi Hüseynov, Rəhman Daşdəmirov, Rüfət Abbasov

Yarımmüdafiəçilər: Qismət Alıyev, Abdulla Xaybullayev, Aleksey İsayev, Oruc Məmmədov, Toral Bayramov

Hücumçu: Mahir Emreli

Qeyd edək ki, Lixtenşteyn - Azərbaycan oyunu Vaduts şəhərindəki “Rheinpark” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest