“Real Madrid”in hücumçusu Vinisius Junior cari mövsümdəki qeyri-sabit çıxışının səbəblərindən danışıb. Matc.az xəbər verir ki, braziliyalı futbolçu bildirib ki, 2026-cı il dünya çempionatından sonra istirahətə daha çox vaxt ayırması onun mövsümə əvvəlki illərlə müqayisədə zəif başlamasına təsir göstərib.
Vinisiusun sözlərinə görə, turnirdən sonra ailəsi ilə vaxt keçirməyə üstünlük verib və əvvəlki mövsümlərdə olduğu qədər intensiv məşq etməyib. Bundan başqa, müqaviləsi və mümkün transferi ətrafında yaranan müzakirələr də diqqətini yayındırıb.
Qeyd edək ki, 26 yaşlı hücumçu avqust ayında “Real Madrid”lə müqaviləsini 2032-ci ilə qədər uzadıb. Buna baxmayaraq, onun gələcəyi ilə bağlı transfer xəbərləri gündəmdən düşməyib.
Vinisius cari mövsümdə Madrid təmsilçisinin heyətində keçirdiyi 12 oyunda bir qol vurub və üç məhsuldar ötürmə verib. O, Braziliya millisinin heyətində Yaponiyaya qarşı keçirilən qarşılaşmada isə iki dəfə fərqlənib.
Hücumçu hazırda formasını bərpa etdiyini və mövsümün həlledici mərhələlərində komandasına daha çox fayda verəcəyinə inandığını bildirib.













