Futbol üzrə Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv səfərdə Andorra ilə qarşılaşıb.
Enkampdakı FAF stadionunda keçirilən görüşü ispaniyalı baş hakim Xose Luis Munuera idarə edib.
Bu oyun millinin kapitanı Emin Mahmudov üçün Azərbaycan yığmasında vida matçı olub. Təcrübəli yarımmüdafiəçi bu qarşılaşmada start heyətdə meydana çıxıb və ikinci hissədə əvəzlənib. Bununla da o, milli karyerasını başa vurub.
Bu oyun həm də millimizin 2026-cı ildəki sonuncu oyunu olub. Komandamız yekunda inamlı qələbəyə sevinib.
Yoxlama oyunu
16 noyabr
Andorra – Azərbaycan 1:3
Qollar: Riçard Fernandes Kuko, 55 – Eşqin Əhmədov, 2. Musa Qurbanlı, 48. Toral Bayramov, 70-pen.
Hakimlər: Xose Luis Munuera Montera (İspaniya).
“Estadi de la FAF”.
Andorra: 13. Aleks Ruis, 23. Byel Borra, 5. Maks Lyovera (k), 22. İan Oliveyra, 2. Aleks Kornelya, 18. Ot Remolins, 19. Joel Gilyen, 8. Hüqo Ferreyra, 17. Aron Rodriqo, 9. Riçard Fernandes Kuko, 11. Albert Rosas
Ehtiyat oyunçular: 1. Qomes, 12. De Kastro, 3. Vales, 4. Qarsiya, 6. Pomares, 7. Nil Linares, 10. Lopes, 14. Alaes, 15. San Nikolas, 16. De las Heras, 20. Sola, 21. Alvares.
Baş məşqçi: Koldo Alvares.
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 2. Rəhman Daşdəmirov, 14. Elvin Bədəlov, 4. Rahil Məmmədov, 17. Tellur Mütəllimov, 8. Emin Mahmudov (k), 5. Fərid Yusifli, 13. Eşqin Əhmədov, 11. Xəyal Əliyev, 9. Musa Qurbanlı, 24. Murad Məmmədov.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 3. Rüfət Abbasov, 6. Abdulla Xaybullayev, 7. Toral Bayramov, 10. Mahir Emreli, 16. Emil Mustafayev, 18. Oruc Məmmədov, 19. Namik Ələskərov, 20. Aleksey İsayev, 21. Qismət Alıyev, 22. Ağadadaş Salyanski, 25. Rüfət Abdullazadə, 26. Nihat Əhmədzadə.
Baş məşqçi: Ayxan Abbasov.













