İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi Türkiyənin “Kayserispor” komandasının yarımmüdafiəçisi Əmrə Dəmiri heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kataloniya təmsilçisi ilə 17 yaşlı yarımmüdafiəçi arasında 6 illik müqavilə imzalanıb.
 
Türkiyənin U-17 yığmasının da formasını geyinən gənc oyunçu yeni komandasına cari mövsüm başa çatdıqdan sonra qoşulacaq. Bu keçid üçün Türkiyə klubuna 2 milyon avro təzminat ödəyən “Barselona” futbolçuya 400 milyon avro qiymət qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest