23 İyul 2026, 12:20
FUTBOL
"Araz-Naxçıvan" klubu təlim-məşq toplanışının ikinci mərhələsi çərçivəsində hazırlıqlarını bərpa edib.
"Araz-Naxçıvan" klubu təlim-məşq toplanışının ikinci mərhələsi çərçivəsində hazırlıqlarını bərpa edib. Gündə bir dəfə məşq edən "qırmızı-ağlar" növbəti yoxlama oyununun vaxtını və rəqibini dəqiqləşdirib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Naxçıvan təmsilçisi iyulun 24-də növbəti yoxlama matçına çıxacaq. Komandanın rəqibi Premyer Liqanın debütantı "İmişli" klubu olunacaq.
Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançasında baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.













