"Arsenal" "Leypsiq"in vinqeri Yan Diomand ilə maraqlanmağa başlayıb.
Matc.az xəbər verir ki, bu barədə jurnalist və insayder Ben Ceykobs "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, hazırkı mərhələdə klubla oyunçu arasında ciddi bir addım atılmayıb, sadəcə futbolçunun transfer şərtləri ilə bağlı ilkin sorğu göndərilib. PSJ klubunun bu transfer üzərində işi davam etdirdiyi, Almaniya təmsilçisinin isə Diomandın yeni müqavilə imzalayaraq ən azı daha bir mövsüm komandada qalacağına ümid etdiyi qeyd olunur.
Diomand isə PSJ-yə keçməyə üstünlük verdiyini açıq şəkildə bəyan edib. O, Paris klubu ilə 5 illik müqavilənin şərtlərini ilə razıdır və Luis Enrikenin sistemində sağ vinqer mövqeyində çıxış etmək istəyir.
Futbolçu 2025-ci ilin iyulundan bəri "Leypsiq"də çıxış edir və onun hazırkı müqaviləsi 2030-cu il iyunun 30-na qədər nəzərdə tutulub. O, geridə qalan mövsümdə komandanın heyətində 36 matça çıxıb, 13 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı futbolçunun transfer dəyərini 90 milyon avro qiymətləndirir.













