"Real" klubu 2026/2027 mövsümü üçün yeni səfər formasını rəsmi şəkildə təqdim edib. Madrid təmsilçisi növbəti mövsümdə fərqli rəng çalarları ilə azarkeşlərinin qarşısına çıxacaq.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, "Real" və "Adidas" şirkəti tərəfindən hazırlanan ikinci forma tünd yaşıl rəngdə dizayn olunub. Formanın üzərində krem çalarlı detallardan istifadə edilib ki, bu da əvvəllər tətbiq olunmuş rəng kombinasiyasının müasir üslubda yenidən işlənməsidir.

Futbolkanın üzəri klubun inisialları yer alan incə həndəsi naxışlarla bəzədilib və krem rəngli müasir yaxa dizaynına malikdir.

Bundan əlavə, formanın üzərində yüksək idman göstəricilərini futbol mədəniyyəti və gündəlik üslubla birləşdirən "Adidas Trefoil" loqosu yer alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest