İkinci hissənin əvvəlində fərqlənən qəsəbə təmsilçisi ikinci qarşılaşmada da minimalhesablı qələbə qazanıb. Bu dəfə İlkin Qırtımov rəqib qapısına yol tapıb.

Mövsümün ikinci yarısına hazırlıqları Türkiyədə davam etdirən “Zirə” bu gün növbəti yoxlama oyununu keçirib. Matç.az xəbər verir ki, Samir Abasovun yetirmələri Macarıstanın “Paksi” klubu ilə qarşılaşıb.

Bu, paytaxt təmsilçisinin Antalyada ikinci sınağı olub. Görüşün taleyini 1 qol həll edib.

İkinci hissənin əvvəlində fərqlənən qəsəbə təmsilçisi ikinci qarşılaşmada da minimalhesablı qələbə qazanıb. Bu dəfə İlkin Qırtımov rəqib qapısına yol tapıb.

Qeyd edək ki, zirəlilər ilk yoxlama oyununda Rumıniyanın “Voluntari” klubuna 1:0 hesabı ilə qalib gəlib. Paytaxt təmsilçisi sonuncu matçını yanvarın 26-da Rusiya “Tambov”una qarşı keçirəcək.

Yoxlama görüşü

22 yanvar

“Zirə” (Azərbaycan) – “Paksi” (Macarıstan) - 1:0

İlkin Qırtımov, 57

Antalya.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest