Belarusun paytaxtı Minskdə fiqurlu konkisürmə üzrə Avropa çempionatı davam edir. Matç.az xəbər verir ki, yarışın ikinci günü daha bir Azərbaycan idmançısının buz üzərinə çıxması ilə əlamətdar olub.

Kişilərin yarışında Vladimir Litvintsev qısa proqramda qüvvəsini sınayıb. Bir müddət liderlik edən təmsilçimiz sonda 73,60 xalla 14-cü yeri tutub.

Bu da Litvintsevə yanvarın 27-də baş tutacaq həlledici – sərbəst proqramda çıxış hüququ verib. Belə ki, 37 iştirakçıdan 24-ü mübarizəni davam etdirəcək.

Qeyd edək ki, qısa proqramda rusiyalı Mixail Kolyada qalib gəlib – 100,49 xal.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest