26 Yanvar 2019, 10:14
DİGƏR
Belarusun paytaxtı Minskdə keçirilən fiqurlu konkisürmə üzrə Avropa çempionatında qadınların mübarizəsi başa çatıb. Matç.az xəbər verir ki, Azərbaycan təmsilçisi Yekaterina Ryabova yarışı 12-ci yerdə başa vurub.
Qısa proqramda 7-ci olan idmançımız, sərbəst proqramda uğursuzluqla üzləşib. Həlledici çıxışda yalnız 13-cü olan təmsilçimiz yekunda 12-ci yerlə kifayətlənib. O, yekunda 163,17 xal toplayıb.
Avropa çempionu adına isə əsas favorit Alina Zaqitovanı qabaqlayan digər rusiyalı Sofiya Samodurova yiyələnib. Yeni çempion 213,84 xal toplayıb.