İtaliyanın "Sampdoriya" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "Milan"dan Andrea Kontini heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Konti ilə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
"Milan" italyan müdafiəçini 2017-ci ildə "Atalanta"dan 24 milyon avroya transfer etmişdi.