Nüfuzlu "Transfermarkt" internet portalı yenilənmənin nəticələrinə əsasən Almaniya Bundesliqasının ən bahalı futbolçularının siyahısını təqdim edib.

Matc.az xəbər verir ki, bu reytinqdə birinci yeri "Ayntraxt"ın hücumçusu Omar Marmuş tutub, onun təxmini dəyəri 20 milyon avro artıb.

İkinci sırada Dortmund "Borussia"sının vingeri Jamie Bynoe-Gittens (+ 15 milyon avro) qərarlaşıb. Üçüncü yerdə isə "Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala (+ 10 milyon avro) qərarlaşıb.

"Transfermarkt"a görə Almaniya Bundesliqasının ən bahalı 10 futbolçusu:

1. Ömər Marmuş, "Ayntraxt", Frankfurt (+ 20 milyon avro) - 60 milyon avro;
2. Ceymi Bayno-Qittens, "Borussia", Dortmund (+ 15 milyon avro) - 50 milyon avro;
3. Camal Musiala, "Bavariya" (+ 10 milyon avro) - 140 milyon avro;
4. Florian Virtz, "Bayer", Leverkusen (+ 10 milyon avro) - 140 milyon avro;
5. Kastello Lukeba, "RB Leypziq" (+ 10 milyon avro) - 50 milyon avro;
6. Huqo Ekitike, "Ayntraxt", Frankfurt (+ 10 milyon avro) – 40 milyon avro;
7. Conatan Burkardt, "Mayns" (+ 10 milyon avro) - 25 milyon avro;
8. Tom Bişof, "Hoffenhaym" (+ 8,5 milyon avro) - 12 milyon avro;
9. Feliks Nmeça, "Borussia", Dortmund (+ 8 milyon avro) – 28 milyon avro;
10. Huqo Larsson, "Ayntraxt", Frankfurt (+ 7 milyon avro) - 35 milyon avro.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest