21 Dekabr 2024, 09:46
FUTBOL
"Mançester Yunayted" 17 yaşlı paraqvaylı sol cinah müdafiəçisi Dieqo Leon ilə müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, futbolçu 2025-ci ilin yayında 18 yaşı tamam olandan sonra "Serro Portenyo"dan "qırmızı şeytanlar"a keçəcək.
Qeyd edək ki, bu mövsüm Dieqo Leon Paraqvay çempionatında 19 matçda iştirak edib və iki qol vurub.