21 Dekabr 2024, 00:50
FUTBOL
Türkiyə I Liqasında çıxış edən "Ankaragücü" baş məşqçisi Kenan Koçakla yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komandanın uğursuz nəticələrinə görə tərəflər müqaviləyə xitam verməyə qarşılıqlı razılıq verib.
Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Ankaragücü"ndə çıxış edir.
Kenan Koçak kluba sentyabrda təyin olunmuşdu.