Türkiyənin "Fənərbaxça" klubu Superliqanın XVII turunda xal itkisi ilə üzləşib.

Matc.az xəbər verir ki, səfərdə "Eyüpspor"un qonağı olan İstanbul təmsilçisi 1:1 hesablı heç-heçəyə razılaşıb.

Qarşılaşmada hesab 26-cı dəqiqədə açılıb. Ahmet Kutucu fərqlənib. "Sarı-lacıvərdlilər"i məğlubiyyətdən xilas edən qolu isə Yussef En-Neseri 45+4-cü dəqiqədə rəqib qapısından keçirib.

36 xalı olan "Fənərbağça" 41 xala malik lider "Qalatasaray"ın ardından ikinci sırada qərarlaşıb. İlk "üçlüy"ü isə 29 xalla "Samsunspor" qapayır.

Qeyd edək ki, "Qalatasaray" dekabrın 22-də XVII tur çərçivəsində "Kayserispor"un qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest