19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması bu gün növbəti yoxlama görüşünü keçirəcək. Ağatahir Əzimov yetirmələrini yenə Türkiyə önündə sınayacaq. Bakı İdman Sarayında baş tutacaq qarşılaşmanın start fiti 19:00-da səslənəcək.
19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması bu gün növbəti yoxlama görüşünü keçirib. Matc.az saytının məlumatına görə, Ağatahir Əzimov yetirmələrini yenə Türkiyə önündə sınayıb.
ötən qarşılaşmada bu rəqibinə 3:5 hesabı ilə yenilən komandamız bu dəfə də meydandan məğlub ayrılıb. Qardaş ölkə millisi 10:1 hesabı ilə qalib gəlib.
Yoldaşlıq görüşü
21 fevral
Azərbaycan (U-19) – Türkiyə (U-19) - 1:10
Hakimlər: Hikmət Qafarlı, Rahin Heybətov, Mehman Mahmudov
Bakı İdman Sarayı