Rusiya Premyer Liqasında çempionluq yarışı gərginləşib. Matc.az xəbər verir ki, liqanın prezidenti Aleksandr Alayev mövsümün hazırkı mərhələsində beş komandanın çempionluğa iddialı olduğunu bildirib.

12 turdan sonra turnir cədvəlinə 27 xalla “Zenit” başçılıq edir. Moskva “Dinamo”su və ÇSKA hərəyə 25 xalla ikinci və üçüncü yerləri bölüşür. “Krasnodar” və “Spartak” isə 23 xalla növbəti pillələrdə qərarlaşıblar.

Alayev çempionluq uğrunda rəqabətin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. O, mübarizənin mövsümün sonuna qədər davam etməsini və çempionun son turda müəyyənləşməsini arzuladığını söyləyib.

Mahir AXUND

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest