Samir Abasov "Sumqayıt" FK-nın baş məşqçisi təyin olunub. Matc.az xəbər verir ki, 44 yaşlı PRO kateqoriyalı mütəxəssislə 2024/25 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
 
Qeyd edək ki, 2011-2014-cü illərdə bu komandanın şərəfini qorumuş və 2015-2018-ci illərdə də burada baş məşqçi kimi işləmiş Samir Abasov futbolçu karyerası dönəmində "Viləş", "Şəfa", "Şahdağ", "Neftçi", "Qarabağ", "Karvan" və "İnter" klublarında da çıxış edib. Abasov məşqçi kimi isə "Zirə" və "Neftçi" klublarında çalışıb. Karyerası ərzində 3 dəfə Azərbaycan çempionluğu yaşamış Samir Abasov 2 dəfə futbolçu kimi, 1 dəfə isə məşqçi kimi bu uğura nail olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest